ABŞ müsbət cavab verdi, ancaq öz qırıcımız olmalıdır

  • By admin
  • 17 Oktyabr 2021 09:41

Yerli qırıcı təyyarələr istehsal etməyən ölkələr mövcud ola bilməz.

Gununsesi.info xəbər verir ki, bunu istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.

O bildirib ki, Türkiyə mütləq şəkildə yerli qırıcı təyyarəsini istehsal etməlidir:

“Türkiyənin milli döyüş təyyarəsi digər ölkələrin istehsal etdiyi qırıcılardan daha üstün olmalıdır ki, ölkəmiz daim var olsun. Eyni zamanda, Türkiyənin bu layihəsi digər sənaye sahələrinin inkişafında ilk addım olacaq”.

Ankaranın F-16 tələbinə Vaşinqtonun müsbət cavab verməsindən danışan general qeyd edib ki, ABŞ-da da ağlı başında olan insanlar var:

“Həmin insanlar Türkiyəni tamamilə küsdürüb Rusiyaya tərəf dönməsini istəməzlər”.

Gununsesi.info