ABŞ müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqliyini bir daha təsdiqlədi

  • By admin
  • 21 Dekabr 2023 12:44

ABŞ dövlət katibi Antoni Blinken fransız, alman və britaniyalı həmkarları ilə telefon danışığında Vaşinqtonun müstəqil Fələstin dövlətinin yaradılması ideyasına sadiqliyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Dövlət Departamentinin məlumatına görə, Blinken Fransanın xarici işlər naziri Ketrin Kolonna, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

Dövlət katibi blokadada olan Qəzza zolağının əhalisinə təcili humanitar yardımın göstərilməsinin, mülki əhali arasında itkilərin minimuma endirilməsinin və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Blinken həmçinin Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını qınayıb və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığa çağırıb.

Nazirlər Ukraynaya yardımın göstərilməsi mövzusunu da müzakirə ediblər.

Gununsesi.info