ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib

  • By admin
  • 20 Oktyabr 2020 22:32

“ABŞ Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi gücü fonunda NATO ölkələri ilə yanaşı, bütün müttəfiqlərdən Ümum Daxili Məhsulun 2 faizinin müdafiə xərclərinə ayırmağı tələb edib”. 

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

HTML tutorial

Pentaqon rəhbəri pandemiyanın yaratdığı çətinlikləri və maddi ziyanları qiymətləndirdiklərini desə də, vurğulayıb ki, bu gün təhdidlər azalmayıb: “Əksinə, ölkələr daxili iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışsalar da, daha da pisləşib. Rəqiblərimiz isə bundan istifadə etməyə çalışırlar. Buna görə də NATO üzvləri də daxil olmaqla, bütün ölkələr – müttəfiqlərimiz götürdükləri öhdəliklərə əməl edərək ümumi təhlükəsizliyimizə daha çox töhfə verəcəklər”.

 

 

Gununsesi.info