ABŞ-nin 14 ştatı Trampı və Maskı məhkəməyə verir

  • By Günel
  • 14 Fevral 2025 22:49

ABŞ-də 14 ştat Prezident Donald Tramp və Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı federal iddia qaldırıb.

Ştatların D.Tramp və İ.Maska qarşı iddiası ondan ibarətdir ki, Mask “geniş səlahiyyətlərə” malik olmasına baxmayaraq, prezident tərəfindən rəsmi olaraq dövlət vəzifəsinə təyin edilməyib və Senat tərəfindən təsdiqlənməyib. Bu da ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini (“Təyinatlar haqqında”) pozur. Eyni zamanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 26 hazırkı və keçmiş əməkdaşı, eləcə də podratçısı Maska qarşı Merilenddəki federal məhkəməyə iddia qaldırıb. Daha əvvəl Nyu-York baş prokuroru Letitsiya Ceyms bildirmişdi ki, 12 ştatın nümayəndələri məhkəmə vasitəsilə DOGE-nin məlumatlara çıxışının məhdudlaşdırılmasını tələb etmək niyyətindədirlər. Demokrat baş prokurorlar deyirlər ki, Maskın yanaşması, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri və IRS daxil olmaqla, agentliklərdə həssas məlumatların təhlükəsiz idarə olunması ilə bağlı seçiciləri arasında dərin narahatlıqlar yaradır.

Gununsesi.info