“ABŞ-ın Körfəz ölkələrinin təhlükəsizliyini əvvəlki səviyyədə təmin edə bilməməsi neftin dollarla satışı sisteminə təsir edə bilər”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov deyib:
“Bu sistem formalaşarkən ABŞ əsas neft idxalçısı idi. Hazırda isə ABŞ özü neft ixrac edən ölkədir və Körfəz neftindən asılılığı azalıb.
Bu gün əsas idxalçılar Çin və Hindistan hesab olunur. Buna görə neftin digər valyutalarla, xüsusilə yuanla satışı məsələsi daha çox gündəmə gəlir. ABŞ-ın bölgədəki mövcudluğunun zəifləməsi bu istiqamətdə dəyişiklikləri sürətləndirə bilər”.
Politoloq vurğulayıb ki, neftin dollarla satışının azalması dolların beynəlxalq mövqeyinə təsir göstərə bilər.
“Bu isə ABŞ iqtisadiyyatı və xüsusilə hərbi xərclərin maliyyələşdirilməsi baxımından yeni çətinliklər yarada bilər”.
Günay










