ABŞ-nin İran üzrə xüsusi elçisi Bakıda olub, Hikmət Hacıyevlə sanksiyaların tətbiqini müzakirə edib

ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub.

 

Gununsesi.info xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

 

“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, – İran üzrə xüsusi elçi bildirib.

 

 

Abram Paley həmçinin İsrail səfiri Corc Diklə “İran rejiminin regionda sabitliyi pozan davranışlarını” müzakirə edib.

 

“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, – diplomat əlavə edib.