ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
Gununsesi.info-ya bu barədə ABŞ-nin Bakıdakı səfirliyindən bildiriblər.
“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək”, – deyə səfirlikdən vurğulanıb.
Qeyd edək ki, Lui Bono ABŞ-nin Bakı və İrəvan arasında sülh prosesinə dəstəyini, eləcə də, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez Cənubi Qafqaz regionuna səfər edir.
O, mütəmadi olaraq sülh prosesini dəstəkləmək üçün Azərbaycanda və Ermənistanda bir sıra maraqlı tərəflərlə təmasda olur.
Gununsesi.info