ABŞ-nin Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

  • By admin
  • 03 Mart 2023 09:56

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə məlumat verib.

Ned Prays bildirib ki, yeni baş məsləhətçisi Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfərlər edəcək.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davam edən sadiqliyimizi dəstəkləmək məqsədi ilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, İrəvana və Tbilisiyə səfər edəcək”, – deyə Ned Prays bildirib.

Gununsesi.info