Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinin Əl-Şəddadi şəhərindəki neft yataqlarında yerləşən Amerika bazası raket atəşinə tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, baza dörd raketlə atəşə tutulub.
Mərmilərin ABŞ hərbçilərinin baza kimi tutduğu Əl-Cəbsə tarlalarında evlərin ərazisinə düşdüyü iddia edilir.
Gununsesi.info