ABŞ-nın vitse-prezidentliyinə mümkün namizədlərin adları açıqlanıb

  • By ilhame
  • 22 İyul 2024 13:06

Kentukki, Pensilvaniya və Şimali Karolina ştatlarının qubernatorları Endi Beşir, Coş Şapiro və Roy Kuper, eləcə də Arizonadan olan senator Mark Kelli Kamala Harris namizəd kimi təsdiqlənəcəyi təqdirdə Demokratlar Partiyasından ABŞ-nin vitse-prezidenti postuna namizəd ola bilərlər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti (WSJ) məlumat yayıb.

 

“TASS”ın məlumatına görə, bu siyasətçilərdən bəziləri iyunun 27-də keçmiş prezident Donald Trampla teledebatda uğursuzluğa düçar olmuş hazırkı prezident Co Baydenin yerinə namizəd hesab ediliblər. WSJ qeyd edir ki, Harris demokrat təmayüllü Kaliforniya ştatını təmsil etdiyinə görə partiya hər iki partiyadan olan namizədlərin qalib gəlmək şansının demək olar ki, bərabər olduğu “yelləncək ştatlardan” bir siyasətçini vitse-prezidentliyə namizəd kimi seçə bilər.

Gununsesi.info