Cenna Fişer xərçəng diaqnozunu açıqlayıb….

Aktrisa Cenna Fişer ötən ilin dekabrından döş xərçəngindən müalicə aldığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pam Beesly rolu ilə tanınan Jenna, əməliyyatdan və çoxlu kemoterapi, radiasiya müalicəsindən sonra xərçəngdən azad olduğunu deyib.

“Özümü əla hiss etdiyimi söyləməkdən məmnunam” deyən Jenna İnstaqramda paylaşaraq, digər insanları xəstəliyin əlamətlərini yoxlamağa təşviq etmək üçün müalicəsi haqqında danışdığını da əlavə edib.

Orxan Saffari

Gununsesi.info