Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-ın “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru raketin buraxılması faktını qeydə alıb.
Raketin Yəmən ərazisinə düşdüyü, itki olmadığı bildirilir.
Gununsesi.info