Yanvarın 12-də ABŞ ordusuna məxsus yüzə yaxın tank və digər hərbi texnika Polşa sərhəddinə çatıb.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, 87 ədəd “Abrams M1A1” tankı, 20 ədəd “Paladin” özüyeriyən artilleriya qurğusu, 136 ədəd “Bradley” döyüş avtomobili və yüzlərlə zirehli transportyorun olduğu cəmi 2 min 800 hərbi texnika və silah Polşa sərhəddindən Rusiyaya qonşu olan NATO ölkələrinə göndəriləcək.
Xəbərdə bildirilib ki, hərbi təchizatdan başqa 4 min ABŞ hərbçisi Polşaya ayaq basıb.
Qeyd edək ki, NATO üzvü olan Almaniya və Kanada hər biri 1 000 hərbçidən ibarət qoşun birləşmələrini Latviya, Litva, Estoniya və Bolqarıstana yollayıb.
Anar
Gununsesi.info