ABŞ ordusuna məxsus “V-22 Osprey” tipli döyüş təyyarəsi Yaponiyanın qərbində okeana düşüb.
Gununsesi.info xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi rəsmiləri Yakuşima adası yaxınlığında baş verən insidentdə təyyarənin mühərrikinin alovlandığı görüldüyünü bildirib.
ABŞ ordusu hadisə və təyyarədəki 8 nəfərin vəziyyəti ilə bağlı məlumat toplamağa çalışdıqlarını açıqlayıb.
Maraqlıdır ki, son vaxtlar tez-tez ABŞ döyüş təyyarələrinin qəzaya uğraması halları baş verir. Avqust ayında ABŞ döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb və 3 əsgər həlak olub.
Ötən ay Şərqi Aralıq dənizində təlim fəaliyyətləri həyata keçirən ABŞ hərbi təyyarəsi qəzaya uğramışdı. Təlim təyyarəsində olan 5 əsgərin həyatını itirdiyi açıqlanıb.
Digər tərəfdən, ABŞ qüvvələrinin Sakit okeanda istifadə etdiyi “Osprey” döyüş təyyarələrinin tez-tez qəzaya uğraması uzun müddətdir müzakirə mövzusu olub.
Gununsesi.info