ABŞ separatçı terror təşkilatı PKK/YPG ilə əməkdaşlığını bir daha ortaya qoyub. Üstəlik, cümə və şənbə günləri İraqın şimalından 12 şəhid xəbəri bütün Türkiyəni sarsıtarkən, ABŞ ordusu qalmaqallı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Yaxın Şərq əməliyyatlarını həyata keçirən Mərkəzi Komandanlığa bağlı İŞİD terror təşkilatına qarşı qurulan “Birgə Müştərək İşçi Qüvvələr Əməliyyatı”nın rəsmi hesabında Suriyada çəkilmiş 4 fotoşəkil yayımlanıb.
Bu kadrlarda Amerika əsgərlərinin terror təşkilatı PKK/YPG üzvlərinə silah təlimi verdiyi görünür. Biri kişi və biri qadın olmaqla iki ABŞ əsgəri terrorçulara “Kalaşnikov” avtomatlarını sökmək və yığmaq, onları necə təmizləmək, nişan alıb atəş açmaq yollarını göstərir. Fotoların hansı şəhərdə çəkildiyi məlum deyil.
ABŞ-ın qadın əsgəri PKK terrorçularına “Kalaşnikov” avtomatından istifadə etməyi öyrədir
ABŞ ordusu ötən həftə PKK-ya verdiyi texnikanın fotosunu dərc edib. Paketdə batareyalar, işıqlandırma cihazları və 4K ultra yüksək dəqiqlikli monitor diqqət çəkib.
ABŞ PKK-nın terror təşkilatı olduğunu rəsmən qəbul etsə də, 2014-cü ildən “İŞİD-ə qarşı mübarizə” bəhanəsi ilə terror təşkilatına dəstək verir. ABŞ bölgədəki terrorçular üçün “Suriya demokratik qüvvələri” adından istifadə edərək, bunun PKK-dan fərqli bir quruluş olduğunu iddia edir. Bu dəstəklə PKK/YPG Suriyanın şimal-şərqində neft yataqları da daxil olmaqla geniş bir ərazini işğal edir. Bu işğal bölgəsində ABŞ-ın 900-ə yaxın əsgəri var.
Gununsesi.info