ABŞ ordusunda xidmət edən və 5-ci Təhlükəsizlik Qüvvələrinə Yardım Batalyonunun ilk qadın komandiri olan Meghann Sullivan cinsi zorakılıq və təcavüz iddialarına görə vəzifəsindən uzaqlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, prosesin ardından ABŞ ordusunda cinsi təcavüz iddiaları yenidən xatırlanıb.
Sullivanın oktyabr ayında komandirlik vəzifəsindən uzaqlaşdırıldığı öyrənilərkən, hadisənin bir müddət açıqlanmadığı bildirilib. “Military”nin məlumatına görə, insidentlə bağlı təhqiqat Sullivanın ən azı iki kişi rütbəli zabitə cinsi zorakılıq və təcavüz etdiyi ittihamı əsasında aparılıb.
Müdafiə Nazirliyinin 2022-ci il məlumatlarına görə, ABŞ ordusunda cinsi təcavüz hadisələri 10% təşkil edir. Sullivanın cinsi təcavüz səbəbiylə işdən çıxarılması ABŞ ordusunda cinsi orakılıq və təcavüz hadisələrinin geniş vüsət aldığı iddialarını gündəmə gətirib.
Gununsesi.info