ABŞ ordusunun qərargah rəisi, general Mark Mayli iki günlük rəsmi səfərlə Gürcüstana gəlib.
Gununsesi.info “novosti-qruziya”a istinadən xəbər verir ki, amerikalı qərargah rəisi M.Mayli elə hava limanındaca ABŞ Hərbi Qüvvələrinin Xoxenfelsdəki hərbi-təlim bazasının rəisi, general Antonio Aquto ilə görüşüb.
Amerikalı general səfəri çərçivəsində Tiflis yaxınlığındakı Vaziani hərbi hava limanında NATO-nun tərəfdaşları və çoxmillətli ölkələrin “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) adı altında keçirilən hərbi təlimləri izləyəcək. O, eyni zamanda Gürcüstanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Vladimir Çaçibaya və digər hərbi strukturun rəsmiləri ilə görüşəcək.
Gürcüstan müdafiə naziri Levan İzoriyanın sözlərinə görə, sentyabrda ABŞ-la Gürcüstan arasında müdafiə hazırlığı proqramının imzalanacağı gözlənilir. Bu sənədin imzalanması ilə amerikalı hərbi mütəxəssislərə Gürcüstan Müdafiə Nazirliyində çalışmaq hüququ veriləcək.
Gununsesi.info