ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb

  • By admin
  • 12 Avqust 2021 20:35

ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib. Gununsesi. info İnterfax-a istinadən xəbər verir ki, səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.

“Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın”, – Səfirliyin açıqlamasında bildirilir.

Son məlumatlara görə, “Taliban” ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində “Taliban”la hökumət qüvvələri arasında güclü atışmalar gedir.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən “Taliban”la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Gununsesi. info