ABŞ öz vətəndaşlarını Azərbaycanla Ermənistana getməməyə ÇAĞIRDI

  • By admin
  • 19 May 2021 12:43

ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Səyahət Departamentinin rəsmi saytında (Department of State Travel) məlumat yerləşdirilib.

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb.

“Terrorçular az hallarda və ya heç bir xəbərdarlıq etmədən hücum edə, turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları, ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf ala bilərlər”.

Çağırışda 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.

Xəbərdarlıqda Azərbaycanla yanaşı, Ermənistana da səfər etməməyə çağırış yer alıb.

 

https://travel.state.gov/content/travel/en/traveladvisories/traveladvisories/azerbajian-travel-advisory.html?fbclid=IwAR3Rz6oZ-Bmwp5eG1dbaRygF5iI-yxEnVudh1dMoiD354SigEaUDaumjbLY

Gununsesi.info