ABŞ Peskovu tamam bloklayır

  • By admin
  • 03 Mart 2022 23:41

ABŞ Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və 7 böyük rus şirkətinin rəhbərinə qarşı tam bloklayıcı sanksiya tətbiq edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

Sanksiya siyahısına Nikolay Tokarev, Boris və Arkadi Retenberqlər, Sergey Çemezov, İqor Şuvalov, Yefgeni Priqojin və Əlişir Usmanov daxildir.

Peskov və Usmanov istisna olmaqla, digərlərinin yaxın qohumları da sanksiya siyahısına salınıb.

Gununsesi.info