ABŞ polisi ət qablaşdırılmış bareldə üç milyon dollar tapdı

  • By admin
  • 12 Dekabr 2019

ABŞ-ın Şimali Karolina əyalətinin polisi yük maşınında axtarış aparıb və xam donuz əti qablaşdırılmış bareldə üç milyon dollar tapıb.

Gununsesi.org bildirir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Məlumata görə, yol polisi 85 sürəti olan magistral yolda hərəkət edən və yol qaydalarını pozan yük maşınını dayandırıblar. Yük maşınını idarə edən sürücü sürət həddini azalda bilmədiyi üçün ağ zolaqda iz qoyub və digər nəqliyyat vasitələrinin keçməsinə maneə yaradıb. Polislər yük maşınını təhlükəsiz yerə apararaq, axtarışlara başlayıblar. Axtarışlar zamanı xam donuz əti qablaşdırılmış barellərdə selofana bükülmüş üç milyon dollar aşkarlanıb.

Ehtimal edilir ki, həmin pul satılan qanunsuz dərmanlardan əldə olunub. Polis yük maşınının Meksika sərhəddinə doğru getdiyini təxmin edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaqa Ədliyyə Nazirliyini cəlb ediblər.

 

Gununsesi.org