Amerika polisi Vaşinqtonda Demokratlar Partiyasının Milli Komitəsinin qərargahı yaxınlığında Qəzza atəşkin dayandırılmasına dəstək məqsədilə təşkil edilən etiraz aksiyasını dağıdıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Kapitoli polisinin sosial mediada yayımladığı məlumtda deyilir.
“150-yə yaxın etirazçı Vaşinqtonun Capitol Hill bölgəsindəki Demokratik Milli Komitənin qərargahı qarşısında “qanunsuz və zorakılıq” nümayişi keçirdi”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilir ki, polis nümayişçilərin bəzilərini saxlayıb, Konqresin bütün üzvləri təxliyə edilib.
Bu arada sosial şəbəkələrdə Kapitol polisinin komitə binasının yaxınlığında “Atəşkəs!”, “Yaşasın Qəzza!” şüarları səsləndirən etirazçıları dağıtdığını əks etdirən görüntülər yayılıb.
Qəzza tərəfdarı aksiyada anti-sionist baxışları ilə tanınan “Sülh naminə Yəhudi Səsi” və “İfNotNow” qeyri-hökumət təşkilatlarının da iştirak etdiyi bildirilir.
Gununsesi.info