ABŞ Polşada 10,5 milyard dollarlıq müdafiə sistemləri yerləşdirəcək

  • By admin
  • 18 Noyabr 2017 08:10

Amerika Birləşmiş Ştatları Polşaya 10,5 milyard dollar dəyərində  “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb.

Raket əleyhinə müdafiə sistemlərinin Polşada yerləşdirilməsi ilə bağlı saziş bu ilin iyulunda, ABŞ prezidenti Donald Trampın Varşavaya səfəri zamanı imzalanıb.

Raket əleyhinə müdafiə sistemləri üç il ərzində, 2019-cu ildən 2022-ci ilədək Polşada yerləşdiriləcək.

Gununsesi.info