ABŞ prezidenti Co Bayden ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bayden görüş zamanı Avropa İttifaqının (Aİ) Ukraynaya büdcəsindən əlavə 50 milyard avro məbləğində dəstək paketi ilə bağlı razılaşmasından məmnun olduğunu bildirib.
Von der Leyen öz növbəsində ABŞ-ın Ukraynanın özünümüdafiəsinə verdiyi dəstəyin davam etdirilməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
Fevralın 1-də Brüsseldə keçirilən liderlər sammitində Aİ Ukraynaya əlavə 50 milyard avroluq dəstək paketi barədə razılığa gəlib.
Gununsesi.info