
ABŞ prezidenti Co Baydenİtaliyaya səfər edəcək və Roma Papası Fransisklə yanaşı, İtaliya rəsmiləri ilə də görüşəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2025-ci il yanvarın 20-də vəzifəsini seçilmiş prezident Donald Trampa təhvil verəcək Bayden, səlahiyyət müddətinin sonuna yaxınlaşan Papa Fransisk ilə görüşəcək.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden 9-12 yanvar tarixlərində İtaliyaya səfəri zamanı Roma Papası Fransisk, İtaliya prezidenti Sercio Mattarella və İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcək.
Orxan Saffari