
Amerika Prezidenti Co Bayden haqqında “vəzifəsindən sui-istifadə” maddəsi ilə təhqiqat prosesi başladılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təmsilçilər Məclisinin Başçısı Kevin Makkarti təlimat verib.
Makkarti fikirlərini bu cür əsaslandırıb:
“Təmsilçilər Məclisi Komitələrimizə Prezident Bayden haqqında rəsmi bir impiçment araşdırmasını başlatma təlimatı verirəm. Cümhuriyyətçi vəkillər Prezident Baydenin korrupsiya ilə bağlı davranışları haqqında ciddi və inandırıcı iddialar ortaya çıxardılar”.
Aldığı qərarı mətbuat toplantısı ilə açıqlayan Təmsilçilər Məclisinin Başçısı Kevin Makkarti Cümhuriyyətçilərin Bayden haqqındakı iddialarının “ciddi və etibarlı” olduğunu bildirib.
Makkarti impiçment (vəzifədən uzaqlaşdırma) araşdırmasının Amerika Təmsilçilər Məclisi Müşahidə və Hesabatlılıq Komitəsi Başçısı Ceyms Komer tərəfindən aparılacağını dilə gətirib.
Belə bir qərarı asan bir şəkildə almadığını və partiyası ilə əlaqəli olmadığını vurğulayan Cümhuriyyətçi Makkarti impiçment üçün Təmsilçilər Məclisinə çağırış da edib.
Makkarti dəlillər onları harayadək götürəcəksə, eyni yerə qədər gedəcəklərini açıqlayıb.
Baydenin Prezidentlik dönəmində də “ailəsinə özəl müalicə” edildiyini bildirən Makkarti “Amerika xalqının ictimai vəzifələrinin satılıq olmadığını bilməsi gərəkdir”, – deyə Baydenə ismarıc göndərib.
Makkarti Baydenin vitse-prezident olarkən oğlu Hunterin bundan sui-istifadə edərək atasının vəzifəsini iş münasibətlərində imtiyaz əldə etmək üçün fürsətə çevirdiyini deyib.
Makkarti prosesi əldə edilən dəlillərin bəlli edəcəyini sözlərinə əlavə edib.
Tərcümə: Arzu