ABŞ Prezidenti yanvarın 15-də xalqa vida müraciəti edəcək

  • By Günel
  • 11 Yanvar 2025 08:28

ABŞ Prezidenti Cozef Bayden xalqla vida müraciətini yanvarın 15-də, yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə beş gün qalmış edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

“Çərşənbə günü, yanvarın 15-də saat 20:00-da (yanvarın 16-da Bakı vaxtı ilə saat 5:00-da – red.) Prezident Oval kabinetdən xalqa vida nitqi söyləyəcək”, – məlumatda deyilir.

Gununsesi.info