ABŞ Prezidentinin keçmiş müavini Pence: ABŞ xalqı azad İranı dəstəkləyir

  • By admin
  • 13 İyul 2023 16:19

ABŞ-ın 48-ci Prezidentinin müavini Mayk Pence İran Milli Müqavimət Şurasının Qərargahında keçirilən “Azad İran Dünya Zirvəsi”  toplantısında iştirak edib.

Gununsesi.info xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində çoxlu sayda siyasətçi və dövlət adamının qatıldığı iclasda çıxış edən Pence ölkəsinin azad İranı dəstəklədiyini söyləyib.

Amerikalı siyasətçi azadlıq tərəfdarı olduğunu söyləyib. O, dünyəvi, nüvə silahı olmayan, ədalətli və demokratik İran vurğusu edərək,  2022-ci ilin sentyabrında İran küçərələrində azadlıq uğrunda həyatlarını ortaya qoyan dünyanın hər yerindəki “cəsur” etirazçılara dəstəklərini ifadə etmək üçün toplandıqlarını bildirib.

“Dünyanın azad xalqlarını tək səs olaraq, igid İran xalqını dəstəkləməyə və Tehrandakı cəllad rejimə böyük basqı tətbiq etməyə səsləyirik. Birlikdə ümid etdiyimiz, dua etdiyimiz, arxalandığımız bu davaya olan bağlılığımızı yeniləyirik: İran xalqının onlarla illik tiranlıqdan qurtuluşu və azad, sülhpərvər və mürəffəh bir demokratik İranın yenidən doğuşu. Seçilmiş keçmiş bir Amerika yetkilisi və bir xristian olaraq, bütün insanların Allahın sürətində yaradıldığına inanıram. İran xalqının ictimai həyatım boyunca qəlbimdə hər zaman özəl bir yeri olub”, – deyə M. Pence vurğulayıb.

Çıxışında Amerikanın bu işdəki mübarizəsinin məqsədinin azadlıq olduğunu deyən Pence İran xalqının bir gün azad olacağını dilə gətirib.

“Bu işdə əsla səssiz qalmamalıyıq. Azad bir İran üçün bitməyən ümid əsla söndürülməzdir.Bu gün və ekranlarda göstərilənlərə baxdıqda, mənim üçün bu, açıqdır. Üzlərdəki ifadələrdən özgüvəni görə bilirəm. İran xalqı bir gün azad olacaq. Bunu söyləməkdən qürur duyuram”.

İran rejiminin saysız zülmlərindən danışan ABŞ Prezidentinin keçmiş müavini Tramp-Pence iqtidarı dönəmmində İran rejiminin saysız zülmlərinə səssiz qalmadıqlarını vurğulayıb. O, İrandakı azadlıq sevdalılarının yanında qürurla dayandıqlarını bildirərək, İran rejiminin istifadə etdiyi pulları dondurduqlarını və nüvə anlaşmasını ləğv etdiklərini açıqlayıb.

“İran İnqilab Keşikçilərinə iflic edici yeni sanksiyalar gətirdik. Rejimi davakar davranışı və öz vətəndaşlarına yönəlik hücumları səbəbi ilə cəzalandıran basqı kampaniyası başlatdıq. İranın neft ixracatını səfəra endirmək və rejimin ana gəlir qaynağını rədd etmək üçün şiddətlə sanksiyalar tətbiq etdik. İqtidarımızın ilk günündən etibarən Amerikanın İranın nüvə proqramı ilə silah əldə etməsinə əsla icazə verməyəcəyimizi açıq şəkildə bildirdik”, – deyə siyasətçi söyləyib.

“Dünyanın ən təhlükəli terrorçusunu dayandırmaq üçün qərarlı addımlar” atdıqlarını söyləyən Pence bundan çəkinmədiklərini bildirib.

Pence daha sonra bu önəmli cümlələri səsləndirib:

“Qasim Süleymani getdi. İqtidardan ayrıldığımızda, İran hər zamankından daha tənha idi. Ancaq indiki yeni bir Amerikan idarəsinin ortaya çıxışı ilə birlikdə Tehrandakı bu zalım rejimi mariginallaşdırmaq üçün qeyd etdiyimiz irəliləyişləri təhdid edəcək bir zamanda yaşayırıq. İndiki ABŞ hakimiyyəti İranla nüvə anlaşmalaarını keçmiş halına gətirmək üçün çoxlu sayda marafonlar gerçəkləşdirir. Tehranın yenidən nüvə silahını əldə etməsi üçün addımlarını sürətləndirir. Əslində, indiki hakimiyyət nüvə anlaşmasını bərpa edilmiş bir çərçivədə qəbul etdi. İranın bir ildən daha erkən müddətdə öncəki anlaşmada icazə veriləndən daha cəld bir şəkildə atom bombası hazırlamağa yetəcək qədər yanacaq toplamasına razı olub. Hətta indiki iqtidar rəsmiləri Tramp-Pence dönəmindəki qadağalara-sanksiyalara səssiz qalıblar. Bu davranışların təməlsizdir və təhlükəlidir”.

Ukrayna Prezidenti V. Zelenski ilə görüşünə toxunan Pence, onun əsgərlərinin cəsarətindən və Ukrayna xalqının bezməyən inancından ilhamlandığını deyib. Rus hücumları ilə xarabalığa çevrilən kəndlərə getdiyini vurğulayan ABŞ siyasətçisi bildirib ki, azad dünya necə Ukraynanın yanında yer almalıdırsa, Amerika da zülmə qarşı İran xalqının yanında yer almalıdır. İran xalqının çoxusunun yoxsulluq sərhədində yaşadığını bildirən Pence korrupsiya və qeyri-qeyri sabitliyə vurğu edib.

O, indiki Prezident İ. Rəisinin İran xalqına liderlik etməyə layiq olmadığını, İran xalqı tərəfindən vəzifədən atılmalı və insanlığa qarşı “soyqırımdan mühakimə edilməli” olduğunu bildirib.

Pence İran rejiminin heç vaxt bu qədər zəif olmadığını sözlərinə əlavə edib. İran etirazları zamanı universitet tələbələrinin, müəllimlərin, işçi və təqaüdçülərin bu nümayişlərə dəstək verdiyini vurğulayıb. Məsum mülki vətəndaşların vəhşicəsinə ölüm cəzasına çatdırıldığını deyən Pence iranın azadlığı üçün inamlarının olduğunu açıqlayıb.

“İran iqtidarının dünyaya satdığı ən böyük yalanlardan biri İrandakı tiranlıq və status-kvonun alternativinin olmamasıdır. Fövqəladə lidereliyi və cəsarəti üçün Mariam Recaviyə təşəkkür edirəm. Sonda İrana sülhün gəlməsini istəyirik. Dirənişi dəstəkləmək barışığın önşərtidir. Tehrandakı rejim dünyanı İrandakı etirazçılarını ölkəni şah diktatorluğuna geri döndərmək istədiklərinə inandırmaq istəyir”, – deyə Pence bildirib.

Tehrandakı rejimin “dünyadakı və bölgədəki barışığı təhdid etdiyini” bildirən Pence  parlaq bir gələcək və azadlıq çağırışları edib.  Pence çıxışını “Allah, bizə kmək ol” deyərək, təşəkkürlə bitirib.

 

Tərcümə: Arzu

Gununsesi.info