ABŞ prezidenti Donald Trampın qızı İvankanın rusiyalı milyarder Roman Abramoviçin arvadı Darya Jukova ilə yaxın dostluq münasibətlərinin olduğu bəlli olub.
Gununsesi.info “bloomberg”ə istinadən xəbər verir ki, İvankanın əri Cared Kuşnerlə Roman Abramoviçin isə dəfələrlə görüşdüyü bəlli olub.
“Bloomberg”in yazdığına görə, tərəflər Donald Trampın seçkilərdə qələbəsindən sonra 3-4 dəfə mötəbər tədbirlərdə görüşüb.
İvanka və Cared hələ 2014-cü ildə Moskvada 4 gün olub və Abramoviçlərin qonağı olublar. Bundan əlavə, Trampın kürəkəni Kuşner Abramoviçin xanımı Darya Jukovanın art-biznesinə sərmayə qoyub.
Hətta İvanka səfərdən sonra öz “İnstagram” səhifəsində unudulmaz 4 gün barədə öz xoş təəssüratını yazıb.
Gununsesi.info