ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

  • By ilhame
  • 22 Fevral 2024 19:15

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində paylaşım edilib.

 

Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

 

O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.

Gununsesi.info