

ABŞ Pribatikadan getməyəcək və bundan sonra da Baltik bölgəsində mövcudluğunu qoruyub saxlayacaq.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatı ABŞ-ın vitse-prezidenti Co Bayden avqustun 23-də Riqada Baltik ölkələrinin dövlət başçıları ilə görüşü zamanı səsləndirib.
Baltik ölkələrində rəsmi səfərdə olan Bayden deyib ki, kiminsə ABŞ-ın Baltik bölgəsini tərk edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: “Bizim bu bölgədən getməyimizlə bağlı deyilənlər əsassızdır. Əksinə, NATO yaxın gələcəkdə hərbi qüvvələrini Baltik bölgəsində daha da artracaq”.
Qeyd edək ki, Baltik ölkələri 2004-cü ildən etibarən NATO üzvləridir.
Gununsesi.info