“ABŞ Putinin yaxın çevrəsinə sanksiyalar tətbiq etməyi planlaşdırır” - KİV

  • By admin
  • 31 Yanvar 2022 16:31

ABŞ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinin yaxın çevrəsini və onun Qərblə əlaqələrini hədəf alan sanksiyalar hazırlayıb.

Gununsesi.info-nun “Financial Times”a istinadən verdiyi xəbərə görə, bu çərçivədə ABŞ müttəfiqləri ilə koordinasiyalı sanksiyalar tətbiq edəcək.

 

Buna görə sanksiyaya məruz qalacaq şəxslər və ailə üzvlərinin siyahısı hazırlanıb.

“Bizim müəyyən etdiyimiz şəxslər Kremlin yaxın çevrələrindədir, onlar hökumətin qərarlarının qəbulunda rol oynayır və ya Kremlin sabitliyi pozan davranışında iştirakçıdırlar ”, – deyə ABŞ rəsmiləri qeyd edib.

Bildirilib ki, sanksiyalar həmin oliqarxları beynəlxalq maliyyə sistemindən uzaqlaşdıracaq.

Qeyd edilib ki, həmən şəxslər və ailə üzvləri pullarını Qərb ölkələrindəki banklarda saxlamaq və elit Qərb universitetlərində oxumaq üstünlüklərindən istifadə edə bilməyəcəklər.

 

 

Gununsesi.info