ABŞ Qəzzaya hava yolu ilə humanitar yardım göndərəcək

  • By admin
  • 02 Mart 2024 09:47

ABŞ prezidenti Co Bayden ABŞ-ın yaxın günlərdə Qəzzaya havadan humanitar yardım göndərməyə başlayacağını açıqlayıb. O, bölgəyə daha çox humanitar yardım gətirmək üçün İsraillə sıx əlaqə saxladığını bildirib.

Gununsesi.info xəbər verir ki, Bayden bu barədə İtaliyanın baş naziri Giorgia Meloni ilə Ağ Evdə qəbul zamanı mətbuata danışıb.

Co Bayden açıqlamasında yardım gözləyərkən İsrail tərəfindən öldürülən Qəzzalı mülki vətəndaşlar haqqında deyib: “Humanitar yardıma çatmağa çalışan Qəzzanın şimalında (Fələstinlilər) baş verən hadisə faciəvi və dəhşətlidir. Can itkisi çox üzücüdür”.

Günahsız insanların yemək tapmağa çalışarkən “müharibəyə tutulduğunu” iddia edən Bayden, “Onların kömək etməyə çalışdıqları vəziyyəti gördünüz. Biz daha çox iş görməliyik və edəcəyik”.

Bayden sözlərinə belə davam etdi: “Yaxın günlərdə İordaniyaya havadan humanitar yardım (Qəzzəyə) göndəriləcəyik.

Qeyd edək ki, Bayden yardımın Qəzzaya təyyarə ilə çatdırılması təklifində Qəzza yerinə səhvən “Ukrayna” demişdi.

Bayden əlavə edib ki, bölgəyə daha çox humanitar yardım göndərilməsi üçün İsrail tərəfi ilə danışıqları davam etdirirlər.

 

Gununsesi.info