ABŞ Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və yeni vasitəçilik edilən atəşkəsə nəzarət məqsədilə İsrailə təxminən 200 hərbçi göndərir.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
ABŞ rəsmisinin sözlərinə görə, hərbçilər koordinasiya mərkəzinin planlaşdırılması və yerləşəcəyi yerin müəyyənləşdirilməsində iştirak edəcəklər. Mərkəz tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları və investorları bir araya gətirərək yardım və idarəetmə prosesində vahid fəaliyyət göstərəcək.
O da bildirilib ki, yeni struktur iştirakçılara mülki idarəçiliyə keçidi daha səmərəli və ardıcıl şəkildə həyata keçirməyə imkan verəcək.
Məlumata görə, təşəbbüs ABŞ və tərəfdaş ölkələrə atəşkəs razılaşmasının icrasına nəzarət etməyə də şərait yaradacaq. İşçi qrupda Misir, Qətər və Türkiyənin də təmsil olunacağı bildirilir.
Rəsmi həmçinin vurğulayıb ki, ABŞ hərbçiləri Qəzza daxilində yerləşdirilməyəcək.
Şəbnəm













