”ABŞ qadın hüquqlarını pozur” -AMNESTY İNTERNATİONAL

  • By admin
  • 22 Fevral 2018 10:00

“Amnesty International” beynəlxalq təşkilatı ABŞ hakimiyyətini qadın hüquqlarının ciddi şəkildə pozulmasında ittiham edib.

Gununsesi.info Trendə istinadən bildirir ki, təşkilatın dünya üzrə insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında Birləşmiş Ştatlarda qadın və qızların hüquqlarına bir neçə istiqamətdə hücum olduğu qeyd edilir:

 “Prezident Donald Trampın administrasiyası universitetlərin gender diskriminasiyası qismində cinsi zorakılıq hallarını araşdırmalı olduğunu nəzərdə tutan qaydanı ləğv edib”.

Həmçinin bildirilir ki, ABŞ-da qadınların kişilərlə eyni həcmdə maaş alıb-almadıqlarını aydınlaşdıran bərabər əməkhaqqı üzrə təşəbbüsün fəaliyyəti dayandırılıb.

Gununsesi.info