ABŞ Hərbi Dəniz Qüvvələrinin “Tomas Hudner” esminesi Yəməndə İranın dəstəklədiyi Ənsarullah (Husi) hərəkatının nəzarətində olan ərazilərdən buraxılan çoxlu sayda kamikadze pilotsuz təyyarəni Qırmızı dəniz üzərində vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dronlar gəmi Qırmızı dənizdə patrul xidməti həyata keçirərkən vurulub.
Mərkəzi Komandanlıq Amerika esminesinin heç bir zərər görmədiyini qeyd edib.
Bundan əvvəl Yəmən husiləri oktyabrın 31-dən etibarən Ənsarullah hərəkatının raketlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək İsrailə dəfələrlə hücum etdiyini bildiriblər.
Noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərinə hücum edəcəkləri ilə hədələyib, daha sonra İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini bəyan ediblər.
Gununsesi.info