ABŞ qoşunları Ukrayna müharibəsində iştirak edəcək? – Ağ Evdən AÇIQLAMA

  • By admin
  • 28 Fevral 2024 08:43

Ukraynaya qoşun yeritmək bu ölkələrin suveren qərarıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansın himayəsi altında qoşun göndərmək planının və ya niyyətinin olmadığını bəyan edib.

“Bu, hər bir NATO müttəfiqinin müstəqil olaraq qəbul etməli olduğu suveren bir qərardır.

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı açıqlamalarına münasibət bildirən Kirbi prezident Baydenin Amerika qoşunlarının Ukraynadakı müharibədə iştirakına qarşı olduğunu vurğulayıb.

“ABŞ prezidenti Bayden bu münaqişənin əvvəlindən açıq şəkildə bildirib ki, ABŞ qoşunları döyüş əməliyyatları aparmaq üçün Ukraynada olmayacaq”, – Ağ Ev koordinatoru bildirib.

 

Gununsesi.info