ABŞ rəsmisi: “Biz Dağlıq Qarabağ münaqişəsinin tam həllini dəstəkləyirik”

  • By admin
  • 24 İyun 2016 17:59

7fbb8518-3a53-491c-a732-1bdb50dd8ab8_292

 

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərə sadiq qalır”. Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink bu gün keçirdiyi mətbuat konfransında deyib. Bricet Brinkin sözlərinə görə, bu öhdəliklərə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində irəliləmək daxildir. “Biz münaqişənin dinc, davamlı və tam həllini dəstəkləyirik”, – deyə o bildirib