ABŞ rəsmisindən Qarabağ açıqlaması

  • By admin
  • 03 Mart 2020 11:58

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Qilmor keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə sualı cavablandırıb.

Gununsesi.org-un məlumatına görə, diplomat deyib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı səylər göstərir.

“Mən Azərbaycanın və Ermənistanın səfirləri ilə ayrı-ayrılıqda görüşmüşəm. Hər ikisi ilə öz ölkələrinin münaqişənin həllini necə gördükləri barədə müzakirələr aparmışam”, – deyə C.Qilmor əlavə edib.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini dəstəkləmir.

“Diplomatik həll variantı olmalıdır. Minsk Qrupunun həmsədrliyində Rusiya, ABŞ və Fransa təmsil olunur. Mən əvvəllər onlarla görüşmüşəm.

Düşünürəm ki, yenidən onlarla görüşüm. Diplomatik təmaslar artdıqca, ən azından biz konfliktdə atışmaları görməyəcəyik. Mövqeyimiz budur ki, bu vəziyyət sabit qalsın və danışıqlar davam etdirilsin”

Gununsesi.org