ABŞ Rusiya hakimiyyətini devirməyə çalışır? - MOSKVA HƏDSİZ NARAHATDIR

  • By admin
  • 29 İyun 2017 13:30

abs_rusiya02

Rusiya ABŞ-ın Kremldə hakimiyyət dəyişikliyi hazırlamasından narahatdır.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “The İndependent” yazıb.

Hesabatda bildirilib ki, 2 ölkə arasındakı hazırkı gərginliyin və soyuq müharibə illərində olduğu kimi hərbi yarışın bərpa olunmasının əsas səbəbi də məhz budur.

Moskva hədsiz narahatdır ki, ABŞ Rusiya hakimiyyətini devirməyə çalışır və onun bütün dünyada demokratiya yaymaq missiyası, əslində, müəyyən edilmiş formada dəyərlər sistemi yaratmaq məqsədi güdür.

Hesabatda qeyd olunub ki, rəsmi Kreml ABŞ-ın Rusiyada hakimiyyət dəyişikliyi etmək niyyətindən çox ciddi narahatdır. Belə ki, Rusiyanın Şərqi Ukraynada vəziyyəti daha da gərginləşdirməsinin başlıca səbəbi də məhz budur. 

Rəsmi Kreml inanır ki, 2014-cü ildə Ukraynanın rusiyapərəst prezidentinin devrilməsinin arxasında ABŞ dayanıb. Hesabata görə, Rusiyanın Krımı annekssiya etməsinə səbəb də elə Ukrayna prezidenti Yanukoviçin devrilməsiymiş.

“The İndependent” yazır ki, bu hesabat soyuq müharibə illərində 2 super dövlətin rəqabətini əks etdirən hesabatlara bənzəyir. Qeyd edilib ki, belə hesabatların yazılması 1991-ci ildə, Sovet İttifaqının süqutuyla dayandırılmışdı. Hazırkı  son 10 ildə ABŞ və Kreml arasında böyük gərginliyin yaşanması müşahidə edilir. 

Bu iki ölkə arasında münasibətlər xüsusilə də keçmiş ABŞ prezidenti Barak Obama rəsmi Moskvanı 2016-cı il ABŞ prezident seçikisinə müdaxilə cəhdlərində ittiham edəndən bəri daha da pisləşib. Rusiya prezidenti Vladimir Putin isə hər hansı belə müdaxilə cəhdinin olduğunu danır. Bu hesabat Rusiyanın qlobal rolunun artmasından Vaşinqtonda narahatlığın yarandığı vaxta təsadüf edir. 

Konqres üzvləri bildirirlər ki, Rusiya beynəlxalq meydanda özünün təcavüzkar hərəkətlərini artırır. Onlar hesab edirlər ki, Krımın anneksiyası və ABŞ seçkisinə müdaxilə cəhdi belə aqressiv siyasətin bariz göstəricisidir. Sözügedən hesabatı AP agentliyinə ötürmüş analitik mərkəz israr edib ki, bu sənəd Donald Tramp prezident seçilməzdən əvvəl tərtib edilib və son hadisələrlə hər hansı bir şəkildə bağlılığı yoxdur. Ancaq bu  hesabat Sovet İttifaqının süqutundan indiyədək Rusiyanın güclənməkdə olan hərbi qabiliyyətindən söz açır.

Hesabatda deyilir ki, indi Rusiya ordusu bir vaxtlar mövcud olan güclü və üstün silahlı sovet ordusu deyil. Rusiya daha yığcam, daha müasir, daha döyüş qabiliyyətli və daha mobil qüvvələrini inkişaf etdirib.

Gülnaz Qənbərli

Gununsesi.info