ABŞ Rusiya ilə diplomatiyaya hazırdır - Blinken

  • By admin
  • 05 Mart 2022 09:31

Moskva ciddi əməkdaşlığa hazır olduğunu nümayiş etdirərsə, ABŞ hakimiyyəti Rusiya Federasiyası ilə diplomatiyada iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinken BBC yayım korporasiyasına müsahibəsində deyib.

Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması perspektivləri ilə bağlı sualı cavablandıran Blinken qeyd edib ki, ABŞ həmişə diplomatiya və dialoq üçün imkanlar axtaracaq.

“Bu, tamamilə Rusiya Prezidenti Vladimir Putindən və Rusiyadan asılıdır. Əgər onlar ciddi diplomatiyaya hazır olduqlarına dair hər hansı əlamətlər göstərsələr, təbii ki, biz iştirak edəcəyik. Biz həm də ukraynalı tərəfdaşlarımıza güvənirik. Onlar RF ilə danışırlar, amma bu heç nir nəticə vermir”, – Blinken qeyd edib.

Gununsesi.info