ABŞ-Rusiya müharibəsi başlasa, 5 milyard insan ÖLƏCƏK

  • By admin
  • 17 Avqust 2022 11:03

Amerikanın Rutgers Universitetinin alimləri ABŞ və Rusiya arasında mümkün müharibə zamanı baş verə biləcək bütün ssenariləri araşdırıblar.

Gununsesi.info xəbər verir ki, “Nature Food” elmi jurnalında dərc edilən araşdırmada nüvə müharibəsinin günəş işığının qarşısını alacağı, nəticədə təxminən 5 milyard insanın həyatını itirəcəyi diqqətə çatdırılıb.

Bildirilib ki, kiçikmiqyaslı nüvə müharibəsi dünya əhalisinin yarıdan çoxunu məhv etməklə yanaşı, qlobal ərzaq istehsalında da bərpa olunmaz böhrana gətirib çıxaracaq.

Digər tərəfdən, ABŞ-Rusiya müharibəsi baş verərsə, dünya üzrə hasilat təxminən 3-4 il ərzində 90 faiz azalacaq.

“Bu məlumatlar nüvə müharibəsinin qarşısını almalı olduğumuzu göstərir”,- deyə tədqiqata rəhbərlik edən Rutgers Universitetinin Ətraf Mühit Elmləri İnstitutunun professoru Alan Robok qeyd edib.

O, ABŞ və Rusiya arasında nüvə müharibəsinin dünya üçün böyük faciə yaradacağını vurğulayıb.

Gununsesi.info