ABŞ Rusiya nümayəndələrinə viza verməyə başlayıb

ABŞ aprelin sonu BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak üçün Rusiya nümayəndə heyətinə viza verməyə başlayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Sözügedən nümayəndə heyətinə ölkənin XİN rəhbəri Sergey Lavrov başçılıq edir.

Qeyd edək ki, Rusiya aprel ayından BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir.