ABŞ Rusiyanın 14 şirkətinə qarşı sanksiya tətbiq edib

  • By ilhame
  • 16 Noyabr 2023 20:50

ABŞ Maliyyə Nazirliyi 14 Rusiya şirkəti və 3 gəmiyə qarşı sanksiya tətbiq edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

 

Nazirliyin məlumatına görə, sanksiya siyahısına “VNİİR Transstroy”, “VNİİR Promelektro”, “VNİİR Qidroelektroavtomatika”, eləcə də Liberiyada qeydiyyatdan keçmiş “Proqress” gəmiçilik şirkəti əlavə olunub.

 

ABŞ məhdudiyyətləri, həmçinin “Kazan”, “Liqovskiy prospect” və “NS Century” neft tankerlərinə də şamil edilib.

Gununsesi.info