ABŞ Rusiyanın bu iş adamlarına sanksiya tətbiq edib - SİYAHI

  • By admin
  • 30 Yanvar 2018 11:12

ABŞ Rusiyanın iş adamlarına qarşı tətbiq edəcəyi sanksiya siyahısını açıqlayıb.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, ABŞ maliyyə Nazirliyinin “Kreml siyahısı” 96 ən imkanlı iş adamına tətbiq edilib.

Siyahıya hakimiyyətə yaxınlığı ilə seçilən, varidatı 1 milyard dollardan artıq olan iş adamlarının adları salınıb.

Siyahıya iş adamlarından Oleq Deripaska, Roman Abromoviç, Vahid Ələkbərov, Vladimir Potanin, Yuriy Kovalçuk, Qerman Qref, Vladimir Boqdanov, Leonid Fedun, Filaret Qalçev, Sergey Qalitskiy, Oleq  Budarqin, Alişir Usmanov, Viktor Vekselberq, Vadim Yakunin, Arkadiy Voloj, Aleksey Miller, İqor Seçin, Mixail Fridman, Vladimir Yevtuşenkov, Vladimir Lisin, Petr Aven, Mixail Qutseriyev, Süleyman Kərimov, Andrey Kostin, Ziyavuddin Maqomedov, Mixail Proxorov, Aleksandr Mamut, Leonid Mixelson, Dmitriy Pumpyanskiy, Aleksey Mordaşov və Aleksandr Nesisin adları daxil edilib.

Hazırladı Mürtəza

Gununsesi.info