ABŞ BMT Baş Assambleyasına Rusiyanı İnsan Hüquqları Şurasından çıxarmaq tələbi ilə müraciət edəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Buxarestdə çıxışı zamanı ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.
“Rusiyanın İnsan Haqları Şurasında iştirakı yanlışdır. Ona görə də biz hesab edirik ki, BMT Baş Assambleyasında onların çıxarılması ilə bağlı səsvermənin vaxtı çatıb”.
Sözügedən bəyanat azad edilmiş Buçadan rus işğalçılarının dinc əhaliyə qarşı törətdiyi qırğınlara şahidlik edən foto və video materialların yayılmağa başlamasından sonra verilib.
“Mənim cəsarətlə birləşmiş 140 ölkəyə mesajım budur: Buçadan görüntülər və Ukraynadakı dağıntılar bizdən indi öz sözlərimizi əməllərlə dəstəkləməyimizi tələb edir”, – Tomas-Qrinfild deyib.
Gununsesi.info