“ABŞ Rusiyanın G20-dən çıxarılmasını istəyir” – BAYDENİN MÜŞAVİRİ

  • By admin
  • 23 Mart 2022 15:30

ABŞ Rusiyanın G20-dən çıxarılmasının tərəfdarıdır və bu məsələni öz tərəfdaşları ilə müzakirə edəcək.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib. “Biz hesab edirik ki, Rusiya artıq beynəlxalq qurumlarda və beynəlxalq ictimaiyyətdə həmişəki kimi fəaliyyət göstərə bilməz”, – Sallivan deyib.

“Reuters” agentliyinin G7-nin yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın G20-də qalıb-qalmayacağı ilə bağlı müzakirələr aparılıb. Bu qənaətə gəlinib ki, Rusiya üzv olaraq qalsa, bu təşkilat daha az faydalı olacaq.

Gununsesi.info