ABŞ Rusiyanın orbitə buraxılan peykinin “mövcudluğunu dayandırdığını” elan etdi

  • By admin
  • 20 May 2022 15:19
Aprelin sonunda “Roskosmos” yüngül sinifli perspektivli raket olan “Anqara-1.2”-nin ikinci sınaq buraxılışını həyata keçirdi. Daha sonra dövlət korporasiyası daşıyıcının ona qoyulan gözləntiləri doğrultduğunu və sınaqlardan uğurla keçdiyini bildirdi.

 

Rusiya rəsmi mənbələri ınaq buraxılışı zamanı raketin “boş” uçmadığını bildirirdi. Daşıyıcı, Rusiya Müdafiə Nazirliyinin maraqları naminə, “Kosmos-2555” peykini orbitə buraxıb. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının son hesabatlarına görə “Kosmos-2555” peyki fəaliyyətini dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS Amerika departamentinin dərc etdiyi məlumatlara istinadən yazır.
NORAD mayın 18-də Rusiya hərbi aparatının orbitdən çıxaraq atmosferin sıx təbəqələrində yandığı barədə məlumat yayıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi və “Roskosmos” bu məlumatla bağlı hələlik heç bir şərh vermir.
“Kosmos-2555” peykinin özünə gəlincə, onun təyinatı barədə heç nə məlum deyil. Aprelin sonunda yüngül raketin sınaq buraxılışından sonra hərbi idarənin nümayəndələri peykin hədəf orbitinə daxil olduğunu və nəzarətə götürüldüyünü bildirdilər.
Öz növbəsində, Amerika elmi portallarından birinin mütəxəssisləri cihazın əvvəllər buraxılmış MKA-N 1 və 2 – CubeSat texnologiyasından istifadə etməklə yaradılmış uzaqdan zondlama miniatür peykləri ilə eyni sinifə aid olduğunu iddia edirlər.
Gununsesi.info