ABŞ Rusiyanın təklifini rədd etdi

  • By admin
  • 11 Yanvar 2022 09:10

Cenevrədə ABŞ və Rusiya nümayəndələri görüşüb. Görüşün mövzusu NATO-nun şərqə doğru genişlənmə siyasətindən imtinaya dair Rusiyanın təklifi olub.
“Biz Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacağı ilə bağlı yazılı qarantiya istəyirik”, – deyə
Rusiyanı danışıqlarında təmsil edən Sergey Ryabkov bildirib.
ABŞ-ın cavabı qısa və konkret olub.
“Biz heç kimə NATO qapılarını başqa ölkənin üzünə bağlamaq imkanı verməyəcəyik”, – ABŞ təmsilçisi Vendi Şerman deyib.

Gununsesi.info