ABŞ Rusiyanın yeni gizli raket kompleksinin şəklini çəkib - FOTOLAR

  • By admin
  • 29 Noyabr 2017 14:24

Amerikanın “Digital Globe” sputnik operatoru “Kapustin Yar” təlim mərkəzindəki yeni gizli sinaq kompleksini aşkar edərək fotosunu çəkib.

Gununsesi.info “lenta.ru”ya istinadən xəbər verir ki, bu fotolar 30 iyul 2017-ci ildə çəkilib və bu şəkillər “Digital Globe”nin saytında açıq şəkildə yerləşdirilib.

Lakin bu ərazini “Google Maps”də tapmaq mümkün deyil, həmin ərazi örtülü formada görünür. “ Jane’s 360”-ın yazdığına görə, həmin təlim mərkəzində A-235 (OKR “Nudol”) raket hücumundan müdafiə  kompleksi yerləşdirilib. Hansı ki, bu kompleks 16 dekabr 2016-ci ildə  sınaqdan çıxarılıb. Bu sınaq həmin ərazidə birinci dəfə həyata keçirilib və A-235 kompleksi uğurla sınaqdan çıxıb. Bundan öncə A-235 kompleksləri “Pleseçk” kosmodromunun meydançasında sınaqdan çıxarılıb.

A-235 sistemi ballistik raketləri və hipersəsli raketləri məhv etmək, eyni zamanda uçan kosmik aparatların manevrinin qarşısını almaq üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, Rusiya bu sistem ailəsinə daxil olan modernləşdirilmiş A-135 kompleksini noyabrın 17-də Qazaxıstanın Sarı-Şaqan təlim mərkəzində sınaqdan çıxarıb.

Gununsesi.info